ORDER FOR FREE

Adəm-əleyhissəlamdan bəri hər dində bir vaxt namaz vardı. Hamısı bir yerə toplanaraq Muhamməd əleyhissəlama inananlara fərz edildi. Namaz qılmaq imanın şərti deyil. Lakin namazın fərz olduğuna inanmaq imanın şərtidir. Namaz dinin dirəyidir. Namazını davamlı, doğru və tam olaraq qılan dinini qurmuş, islam binasını ayaq üstə tutmuş olar. Namaz qılmayan dinini və islam binasını yıxmış olar. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdu ki; “Dinimizin başı namazdır”. Başsız insan olmadığı kimi, namazsız da din olmaz. Namaz islam dinində imandan sonra ilk fərz edilən əmrdir. Allahü təala qullarının yalnız özünə ibadət etmələri üçün namazı fərz etdi.

Qurani-Kərimdə yüzdən artıq ayəti-kərimdə “Namaz qılın!” buyurulur. Hədisi-şərifdə Peyğəmbərimiz “Allahü təala hər gün beş vaxt namaz qılmağı fərz etdi. Qiymət verərək və şərtlərinə riayət edərək hər gün beş vaxt namaz qılanı Cənnətə qoyacağını Allahü təala söz verdi” buyurdu. Namaz dinimizdə edilməsi əmr edilən bütün ibadətlərin ən qiymətlisidir. Bir Hədisi-şərifdə, “Namaz qılmayanın İslamdan nəsibi yoxdur!” buyuruldu. Yenə bir Hədisi-şərifdə, “Mömin ilə kafiri ayıran fərq namazdır” buyuruldu. Yəni mömin namaz qılar, kafir qılmaz. Münafıqlar isə bəzən qılar, bəzən qılmaz. Münafıqlar Cəhənnəmdə çox acı əzab görəcəkdir. Rəsulullah “sallallahü aləyhi və səlləm” əfəndimiz buyurdu ki: “Namaz qılmayanlar qiyamət günü Allahü təalanı qəzəbli olaraq görəcəklər.”

Name Surname (required)
Email (required)
Telephone
Country
City
https://www.islamiyetveehlisunnet.com/order/42391/order-for-free-book-html